29 noyabr 2022 11:40
1101

Goranboyda şəhid məzarları ziyarət olunub - FOTO

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq Goranboy rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

“İki sahil” xəbər verir ki, növbəti dəfə Goranboy rayonu Baxçakürd kəndində Birinci Qarabağ və Vətən Müharibəsində canlarından keçən şəhid övladlarının məzarları rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilat rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunaraq xatirələrinə sonsuz ehtiramlarını bildirdilər, məzarları önünə gül dəstələri düzərək ruhlarına dualar oxudular.

Ziyarət zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ziyarətdə iştirak edən şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları qəhrəman vətən övladları ilə bağlı xatirələrini bölüşüblər.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və millət vəkili Anar Məmmədov çıxış edərək bildiriblər ki, torpağı qanı ilə vətən edən oğullarımız daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.