29 noyabr 2022 18:00
1773

 Sən demə, zəif oxumaqla da məşhurlaşmaq olarmış... - FOTO

Məşhur insanların həyat hekayələri hər biz zaman insanlar üçün maraqlı olur. Məsələn, bu gün sizlərə orta məktəbdə zəif oxuyan məşhurlardan  bəhs edəcəyik.

Eynşteyn

Sağlamlıq baxımından və fiziki cəhətdən zəif olan  alim haqqında müəllimləri həmişə narazılıq edib və valideynlərinə şikayətləniblər. Lakin Eynşteyn yuxarı siniflərdə oxuyanda tamamilə dəyişir.

Aleksandr Puşkin

Rusiyaın məşhur şairi Aleksandr Sergeyeviç Puşkin də litseydə çox pis oxuyub. Qeyd edək ki, şair  rus dilini, fransız dilini və tarixi yaxşı bilsə də, cəbrdən isə tamamilə  heç bir anlayışı yox idi.

Tomas Edison

Ixtirası ilə bütün dünyada tanınan  Tomas Edison, əslində məktəbdə çox zəif oxuyan şagirdlər sırasında olub. Məşhur ixtiraçı  məktəbdə bir neçə ay oxuduqdan sonra müəllimləri valideynlərini çağıraraq deyiblər ki, övladınızın heç bir qabiliyyəti yoxdur və onu məktəbdən çıxarın.  Valideynləri Toması məktəbdən çıxardıqdan sonra onun təhsili ilə anası məşğul olub. Evdə təhsil alan Tomas  illər sonra bütün dünyanı ixtiraları ilə şoka saldı.

Uinston Çörçil

İngiltərənin sabiq baş naziri Uinston Çörçil güclü yaddaşa sahib olsa, onun dərslərini oxumağa heç həvəsi olmayıb. Çox maraqlıdır ki, bu dərəcədə tənbəl olan Çörçil sadəcə özünə maraqlı olan fənləri oxuyurdu.  Doğmaları onun bisavad və təhsilsiz olacağından qoxsalarda, Çörçil 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alaraq hər kəsi çox təəccübləndirir.

Anton Çexov

Rusiyanın məşhur yazıçı və dramaturqu  Anton Çexov məktəbdə o qədər pis oxuyub ki,  hətta  iki dəfə eyni sinifdə ikinci ilə saxlayıblar. Çexovun ən çox sevmədiyi dərslər  riyaziyyat və coğrafiya olub. Bilməyənlər üçün qeyd edək ki, Çexov, həmçinin həkim olub.

Bill Qeyts

Bill Qeyts də məktəbdə pis oxuyub. O, məktəb proqramının bir hissəsinin maraqsız və lazımsız olduğunu hesab etdiyinə görə, dərslərinə əhəmiyyət verməyib.  Valideynləri müxtəlif üsullarla onun istedadını üzə çıxarmağa çalışırdılar.

Şer

Uşaqlıqdan məşhur olmağa can atan amerikalı müğənni Şer məktəbdə zəif oxuyan məşhurlar sırasına daxildir.   Onun  16 yaşı olanda məktəbi tərk edib. Məktəbi tərk etdikdən sonra Şer  gecə klublarında rəqqasə kimi çalışmağa başlayıb.  Qeyd edək ki.  mMüğənni hətta  "Oskar" mükafatına da layiq görülüb. Onun sözlərinə görə təhsil onu heç biz zaman maraqlandırmayıb.

Sibel Can və Ebru Gündəş

Türkiyənin məşhur pop ulduzları Ebru Gündəşin və Sibel Canın tale yolları hardasa bənzəyir. Onlar ikisidə məktəbdə çox zəif oxuyublar və ikisi də 4-cü sinifdən sonra məktəbi tərk ediblər.

Cim Kerri

Cim Kerrinin çox  acınacaqlı uşaqlığı olub. O, o qədər işləməli olub ki, təhsilə heç vaxtı da qalmayıb.

Samirə Tağıyeva, “İki sahil”