30 noyabr 2022 11:45
4389

Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir

Beynəlxalq və regional proseslər Azərbaycanı nəhəng bir layihənin açar ölkəsinə çevirib. Asiya ilə Avropa arasında ticarət əlaqələrinin Rusiyadan kənar ərazilərlə yenidən qurulması dayanır.Artıq Asiyadan gələn yüklərin mühüm bir hissəsini ötürəcək Orta dəhlizlə bağlı dünya güclərinin vahid mövqeyinin formalaşması mərhələsi yekunlaşmaqdadır.Bu dəhlizin açarının Bakıda olması isə heç kimdə şübhə doğurmur.Avropa Birliyi və onun yaxın müttəfiqi olan ABŞ Asiyadan gələn yüklərin  Xəzər dənizi üzərindən məhz Azərbaycan vasitəsilə ötürülməsinə hər hansı alternativin olmadığını qəbul ediblər.Hər iki mərkəzdən Orta Asiya ölkələrinə yüksək vəzifəli rəsmilərin səfərləri görünməmiş həddə intensivləşib.Hər iki mərkəz Azərbaycana daxil olacaq yüklərin yalnız Gürcüstan deyil,Ermənistan üzərindən də ötürülməsinə İrəvanın Rusiya təsirindən çıxarılmasının əsas yollarından biri kimi baxırlar.Buna görə də Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması üçün intensiv təşəbbüslərin ardı kəsilmir.Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq.İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir.Azərbaycanda uzun illərdir ki,sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir.İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da,daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.Güclü iqtisadiyyat,siyasi,iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb.Buna görə siyasi sabitlik,təhlükəsizlik,iqtisadiyyat - bütün bu amillər çox vacibdir.Bununla yanaşı,Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir.Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur.Buna görə istər enerji layihələrimizin,istərsə də nəqliyyat layihələrimizin reallaşdırılması üçün çox gərgin işlər aparılmalıdır.Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir.İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.

Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər,bərələr və yük gəmiləri lazımdır.Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək.Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır.Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb.Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb.İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb.Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük.Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq.Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir.TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir.Bunun üçün Türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.İndi Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var.Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir.Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır.Müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.BP Azərbaycanda strateji sərmayədardır, habelə “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir.BP, həmçinin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarını verib.Bu, onların nəinki Azərbaycanda bərpa olunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır.

 İnfrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq.İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük.Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik.İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq.Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq: Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək.Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır.İndi biz nə işlər görürük.Biz müasirləşdirmə işləri aparırıq.Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.

Ölkəmizin coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Əsas istehsalçı və ən böyük istehlakçı regionları arasında yük axınlarının artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafı olaraq qalır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və əlverişli geostrateji mövqeyə malikdir. Son 15 ildə ölkədə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük dövlət investisiyaları qoyulub. Xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində avtomobil və dəmir yollarının beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin inkişafı nəqliyyat dəhlizləri, həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayıb, eləcə də ölkənin tranzit potensialını daha da gücləndirib.Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir.Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində əhəmiyyətinə görə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, yükləri quru yolla birbaşa Avropaya çatmasına imkan yaradıb. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub.Eyni zamanda Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də ciddi işlər görüb. Bu layihənin nəticəsi olaraq Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olmuşdur, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu daha da inkişaf etdirilməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yük və sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artmasına imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir.Ölkəmizin tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin “Bir kəmər, bir yol” layihəsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdən biridir. İpək Yolu İqtisadi Kəmərinin birgə təşkil olunmasına dair Anlaşma Memorandumu ölkə başçısının 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanıb.Hazırda dünya ölkələri həmin marşrutun əldə edilməsi üçün çox ciddi siyasi və iqtisadi mübarizəyə başlayıb. Çünki bu yolun keçdiyi ölkələr külli miqdarda gəlir əldə edəcəklər, bu isə onların inkişafına təkan verəcək. Prezident İlham Əliyevin uzaqgörən siyasət yürütməsi nəticəsində vaxtında lazımi tədbirlər görülüb. Belə ki, bizim Xəzər dənizində yükdaşıyan gəmilərdən ibarət nəhəng donanmamız mövcuddur. Donanmanın tərkibində Xəzərin şərq sahilindən sol sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir. Bundan başqa Ələt Beynəlxalq Ticarət Limanında nəhəng gəmilərin yan alaraq yükünü doldurulub-boşaldılması üçün hər cür şərait yaradılıb, bu yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Gələcəkdə Zəngəzur dəhlizi ilə daha çox yük göndərmək mümkün olacaq. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Ermənistanın hər bir vəchlə buna müqavimət göstərməsi isə faydasızdır. İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib.Sürətlə dəyişən dünyada özünə layiqli yer tutmaq baxımından Azərbaycan həm uğurlu siyasəti, həm də yerləşdiyi iqtisadi coğrafi mövqeyi kifayət qədər əlverişlidir. Rusiya-Ukrayna münaqişəsi dünyada təkcə ərzaq təminatına mənfi təsir göstərməyib. İki ölkə arasındakı gərginlik həm də beynəlxalq logistikaya ciddi zərbə vurub. Asiyadan Avropaya və geriyə daşınan bir çox yüklər Rusiya ilə Ukrayna ərazisindən keçdiyi üçün silahlı qarşıdurma səbəbindən bu mühüm nəqliyyat marşrutu iflic vəziyyətə düşüb. Hadisələrin belə gedişi trans-Xəzər marşrutunun əhəmiyyətini daha da artırıb. Yüklərin Asiyadan Avropaya təhlükəsiz və qısa müddətdə daşınması bu nəqliyyat dəhlizi ilə yük göndərən və yük qəbul edən ölkələr üçün sərfəlidir. Bunun üçün həm etibarlı texniki təminat, həm də sərfəli tariflər mövcuddur. Bu üzdən trans-Xəzər marşrutu bir daha özünün etibarlılığını və əlverişliliyini sübut edir.

Xəzər-Qara dəniz coğrafiyasında və daha geniş arealda ölkələr arasında əməkdaşlıq əlaqələrinin dərinləşməsində müstəqil Azərbaycanın mühüm rolu yalnız enerji sektoru ilə məhdudlaşmır.Azərbaycanın regionda və qlobal miqyasda geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir.Avropa ilə Asiyanın qovşağında əlverişli coğrafi mövqeyi Respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir.Azərbaycan nəqliyyat sektorunda öz tərəfdaşlarına geniş imkanlar təqdim edən ölkədir.Əlverişli coğrafi mövqeyə malik olması Azərbaycanın tranzit məkana çevrilməsini şərtləndirən yeganə amil deyil.Hazırda dünyada digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da ciddi rəqabət hökm sürür.Rəqabət mühitində tranzit ölkələr daşımalar üçün daha əlverişli şərait yaratmaqla önə çıxa bilərlər.Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmizin əlverişli coğrafi mövqeyi dövlətin güclü siyasi iradəsi, tariflərin optimallaşdırılması, həmçinin daşımaların rahat,təhlükəsiz həyata keçirilməsinə imkanlar yaradan müasir infrastrukturun qurulması kimi mühüm amillərlə tamamlanır.Son 16 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə bir sıra önəmli layihələr reallaşdırılıb.2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib,443 körpü istifadəyə verilib.Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir – 260+300 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır.Ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir.Azərbaycan yerləşdiyi coğrafiyanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləyir, eləcə də bu məqsədlə reallaşdırılan layihələrdə yaxından iştirak edir.2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşmasına və nəticədə bəhs olunan sənədin imzalanmasına Azərbaycan da öz töhfəsini verib.

Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabər hüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir.Xəzər dənizinin ümumi hüquqi rejimi müəyyən edilib.Konvensiyanın imzalanması Xəzər hövzəsi regionunun tranzit imkanlarından istifadə edilməsi baxımından da böyük önəm daşıyır.Azərbaycan həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə də öz töhfəsini verməyə çalışır. 150 ölkə Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verir,o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da bu sırada yer alır.Bu təşəbbüs dünyanın inkişafında yeni mərhələdir.Ölkənin tranzit imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən maddi və siyasi dəstək tədbirləri öz müsbət nəticəsini verir.Ölkəmizin tranzit daşımaları üçün önəmi getdikcə artır.Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır.Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi töhfələrdən biridir.Xəzər sahilində - Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə icra olunan ən böyük infrastruktur layihələrindən biridir. Respublikamız Xəzərdə ən böyük liman tikməklə növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib.Liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir.Ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə,akını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır.Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. 2018-ci il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.

Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub.Azərbaycanın tranzit potensialının genişlənməsi üçün böyük imkanlar açan liman 400 hektar ərazini əhatə edir.12 yanalma körpüsünə malikdir Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır.Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni vaxtda 11 gəmi yan ala bilər. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.Yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb.Limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub.Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropadan Asiyaya və əksinə yüklərin real vaxt rejimində və daha cəlbedici tariflərlə daşınmasına yeni imkanlar açıb. Bu və ya digər üstün cəhətlərinə görə də limanın fəaliyyətinə beynəlxalq miqyasda böyük maraq yaranıb.Bakı Limanı Avropa-Asiya ticarət dövriyyəsində mühüm mövqeyə malikdir.

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır !

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü