01 dekabr 2022 16:04
541

Yeni Azərbaycan Partiyası - İşıqlı gələcəyimizin ən böyük təminatçısıdır - FOTO

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının inzibati binasında “Yeni Azərbaycan Partiyası - İşıqlı gələcəyimizin ən böyük təminatçısıdır” adlı mövzuda  növbəti tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, YAP fəalları, məktəb direktorları, müəllimlər və məktəbəqədər təhsil müəssisələrinin işçiləri iştirak edib.

İlk öncə müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızn bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının 30 illik şərəfli fəaliyyətindən bəhs edən videoçarxa baxdılar.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, dahi Heydər Əliyevin ali rəhbərliyi ilə  tarixi zərurətdən yaranmış və xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası keçmişdə olduğu kimi  bugün də möhtərəm Prezident cənab İlham Əliyevin Sədrliyi ilə  Ulu öndərin ideyalarına əsaslanan düzgün və məqsədyönlü siyasət həyata keçirərək, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına layiqli töhfələr verməkdə davam edir. Ümumxalq Partiyası olan Yeni Azərbaycan Partiyası 30 il ərzində keçdiyi  şərəfli və məsuliyyətli yolda parlaq Qələbələrə imza atmışdır. Tədbir iştirakçılarını səmimi-qəlbdən təbrik edən Rafiq Əliyev bildirdi ki, güclü və alternativsiz siyasət həyata keçirən Yeni Azərbaycan Partiyasının müdrik siyasətinin mərkəzində Azərbaycan xalqının maraqları dayanır .

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətində əldə etdiyi saysız-hesabsız uğurlardan bəhs edərək, ümummili lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi elm və təhsil sahəsinə də göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Elçin Kərimov qeyd etdi ki, elm və təhsil müəssisələrində təhsil alanların sağlam, bilikli, dövlətə və vətənə layiqli övlad kimi yetişməsi bizim ən ümdə vəzifəmizdir və biz bundan sonra da cənab İlham Əliyevin apardığı müdrik siyasəti ətrafında daim sıx birləşib, həmrəy olacağıq.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının məsləhətçisi Zülfiyyə Mahmudova, Yevlax şəhər 7 №-li tam orta məktəbin direktor müavini Nərmin Səmədova, Kövər kənd tam orta məktəbinin tarix müəllimi Bakir Quluyev  çıxışlarında qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası zamanın ən çətin sınağından üzüağ çıxaraq, Ulu öndər Heydər Əliyev ideyaları əsasında misilsiz tarix yazmağa davam edən ən güclü partiyadır. Natiqlər qeyd etdilər ki, bugün hər bir gənc, hər bir Azərbaycanlı Partiyamızın Sədri,Zəfər Sərkərdəmiz İlham Əliyevin “Dəmir Yumruq”u ətrafında birləşməkdən qürur hiss keçirir.

Tədbirin sonunda bir qrup  partiya fəalına YAP Yevlax rayon təşkilatının fəxri fərmanları, partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olundu.