02 dekabr 2022 11:20
1692

Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Ağdaşda tədbirlər davam edir - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Kotanarx kənd ərazi partiya təşkilatında “Yeni Azərbaycan Partiyası: 30 illik xidmətin Zəfər zirvəsi” adlı görüş keçirilib. Görüşdə Nehrəxəlil, Kotanarx və Cardam ərazi partiya təşkilatlarından olan partiya fəalları iştirak ediblər.

“İki sahil” xəbər verir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov Partiyanın yaranma səbəblərindən və keçdiyi uğurlu tarixi yoldan danışıb.

Daha sonra görüşdə Ağdaş şəhər ərazi partiya təşkilatının sədri Şəhla Hacıbalayeva və Ağdaş Təhsil Sektorunun müdri Leyla Bayramova çıxış edərək ölkədə Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Görüşdə partiya fəalları- Yeganə Hacıyeva, Tərlan Qəhrəmanova, Nazir Xammədov və Araz Yusubov öz çıxışlarında bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin və xalqımızın inkişafının təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. Qeyd olunub ki, Partiya Sədri, Prezident cənab İham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan qalib ölkəyə çevrilib.

Kotanarx kənd ərazi partiya təşkilatında keçirilən “Yeni Azərbaycan Partiyası: 30 illik xidmətin Zəfər zirvəsi” adlı görüşdə Ağdaşdan olan Vətən müharibəsi qazisi Hüseyn Qarakişiyev qonaq qismində iştirak edib. YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov qazi Hüseyn Qarakişiyevin keçdiyi döyüş yolu, həmçinin onun timsalında dövlətimizin Vətən müharibəsi qazilərinə göstərdiyi yüksək diqqət və qayğı haqqında görüş iştirakçılarına geniş məlumat verib.