03 dekabr 2022 15:58
390

BP-nin əməkdaşları təcrübələrini azərbaycanlı gənclərlə bölüşüb

BP şirkətinin əməkdaşları neft-qaz sənayesi üzrə öz bilik və təcrübələrini azərbaycanlı gənclərlə bölüşməyə davam edirlər.

BP-dən "İki sahil"ə verilən məlumata görə, bunun üçün şirkət əməkdaşları 5 yerli universiteti təmsil edən 40 nəfər tələbəyə neft-qaz mühəndisliyi, əməyin təhlükəsizliyi, az karbonlu enerji, çeviklik üzrə üçgünlük təlimlər keçib və tələbələrə bu sahələr üzrə nəzəri biliklərin təcrübədə tətbiqi barədə məlumat verib.

Təlimin sonunda iştirakçılara BP-nin daxili sertifikatları da təqdim edilib.