04 dekabr 2022 17:04
451

Messidən Suaresə dəstək

Argentina millisinin kapitanı Lionel Messi Uruqvay yığmasının DÇ-2022-də mübarizəni dayandırmasından sonra Luis Suaresi dəstəkləyib.

“İki sahil” xəbər verir ki, o, yaxın dostu olan Suareslə bağlı deyib: “Ona nə olursa olsun, mən həmişə oradayam. Uruqvayın mundialda mübarizəni dayandırdığını görmək üzücü idi. Futbolda belə olur. Sadəcə qarşıda nələr olacağını düşünmək lazımdır".

Qeyd edək ki, Uruqvay millisi dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Qana yığmasını məğlub etsə də (2:0), lakin qrupda üçüncü yeri tutaraq pley-offa adlaya bilməyib.

Xatırladaq ki, Messi və Suares 2014-2020-ci illərdə "Barselona"da birgə çıxış ediblər.