04 dekabr 2022 18:58
502

MPL: “Zirə” “Turan Tovuz”u məğlub etdi

Bu gün Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Zirə” “Turan Tovuz”u qəbul edib.

“İki sahil” xəbər verir ki, turnir cədvəlində qonşu olan komandaların qarşılaşmasını İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov və Əli Əliyevdən ibarət hakimlər briqadası idarə edib. Saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda start götürən oyunun 30-cu dəqiqəsində Hamidu Keyta penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini “Turan Tovuz”un qapıçısı Kamal Bayramov dəf edib. Qarşılaşmanın 74-cü dəqiqəsində isə Filipe Paxtman hesabı açıb. 84-cü dəqiqədə Hamidu Keyta fərqi iki topa çatdırıb.

86-cı dəqiqədə isə Ayxan Hüseynov “Turan Tovuz”un təsəlli qolunu vurub

Misli Premyer Liqası,

XVI tur

4 dekabr (bazar)

17:00. “Zirə” 2–1 “Turan Tovuz”

Qol: Filipe Paxtman, 74 (1:0), Hamidu Keyta, 84 (2:0). Ayxan Hüseynov, 86 (2:1)

Qola çevrilməyən penalti: Hamidu Keyta, 30-"Zirə" (qapıçı qurtarışı)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev

Zirə İdman Kompleksinin stadionu