04 dekabr 2022 20:57
1327

DÇ-2022: Fransa də 1/4 final mərhələsində - YENİLƏNİB

Bu gün DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Fransa Polşa ilə qarşılaşır.

“İki sahil” xəbər verir ki, "Al Tumama" stadionunda keçirilən oyun Bakı vaxtı ilə 19:00-da başlayıb.

Görüşün 44-cü dəqiqəsində Olivye Jiru hesabı açıb. 74-cü dəqiqədə fərqi iki topa çatdıran Kilian Mbappe 90+1-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Oyunun 90+9-cu dəqiqəsində Robert Levandovski penaltini dəqiq yerinə yetirərək Polşanın təsəlli qolunu vurub.

DÇ-2022-də 1/8 final

4 dekabr

19:00. Fransa 3-1 Polşa 

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9 (3:1)

"Al Tumama" stadionu

 

***

DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Fransa-Polşa qarşılaşmasında üçüncü qol vurulub. 

"İki sahil" xəbər verir ki, Kilian Mbappe özünün ikinci, komandasının üçüncü qolunu vurub.

***

DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Fransa-Polşa matçında ikinci qol vurulub.

“İki sahil” xəbər verir ki, görüşün 74-cü dəqiqəsində Kilian Mbappe fərqlənib.

***

DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Fransa Polşa matçında ikinci hissə başlayıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmada yeganə qolu 44-cü dəqiqədə Olivye Jiru vurub.

***

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Fransa - Polşa oyununda birinci hissə başa çatıb.

"İki sahil" xəbər verir ki, oyunun 47-ci dəqiqəsində fransalı futbolçu Olivye Jiru fərqlənib.

***

Bu gün DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Fransa Polşa ilə qarşılaşır.

“İki sahil” xəbər verir ki, "Al Tumama" stadionunda keçirilən oyun Bakı vaxtı ilə 19:00-da başlayıb.

DÇ-2022-də 1/8 final

4 dekabr

19:00. Fransa 3-0 Polşa 

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), Kilian Mbappe, 90+1 (3:0)

"Al Tumama" stadionu