24 iyul 2026 00:57
121

"Barselona"dan yeni transfer

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Kərim Adeyemi ilə müqavilə imzaladığını rəsmən elan edib.

Klubun yaydığı məlumata əsasən, almaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq sözləşmə bağlanıb.

Kərim Adeyemi son dörd mövsümdə "Borussiya"nın şərəfini qoruyub. O, bu müddətdə Bundesliqa və UEFA Çempionlar Liqasında ümumilikdə 48 qarşılaşmada forma geyinib.

Qeyd edək ki, hücumçu ötən mövsüm UEFA Çempionlar Liqasında "Barselona"ya qarşı keçirilən hər iki görüşdə meydanda olub. O, yay fasiləsinin ardından yeni komandası ilə mövsümöncəsi hazırlıq prosesinə qoşulacaq.