İsmayıllıda bədbəxt hadisə baş verib.
Rayonun Quşencə kənd sakini, Bakı şəhərində yaşayan 1979-cu il təvəllüdlü Asif Alxan oğlu Mustafayev bu gün İsmayıllının Qəzli kəndində özünə tikdiyi yeni evində kustar üsulla quraşdırılan sobadan çıxan dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qardaşı evə gələrkən onun cəsədini aşkar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
AZƏRTAC