04 dekabr 2022 23:54
965

İranın Qarabağdakı talançılıq faktlarının ifşası: Suriyaya qədər uzanan pul trafiki 

Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın Qarabağda həyata keçirdiyi talançılıqla bağlı faktları açıqlayıb.

AzTV-dən "İki sahil"ə verilən məlumata görə, Rövşən Məmmədov İranın Azərbaycanla bağlı qərəzli siyasətini tənqid etməklə yanaşı, qonşu ölkənin sərvətlərimizi necə, hansı şirkətlər vasitəsilə talaması barədə məlumatları da təqdim edib.