Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisi keçirilir.
“İki sahil” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi heyət də sərgidə təmsil olunur.
200-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan sahibkarlarının məhsul və xidmətləri də təqdim edilir. Belə ki, sərgidə KOBİA-nın Dəstək Proqramı çərçivəsində, “Muğan Bank”ın tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə müxtəlif çeşiddə Azərbaycan məhsulları sərgilənir. KOBİA-nın stendində yerli KOB subyektlərinin şirniyyat və qənnadı məmulatları, quru meyvələr, şokolad, bitki çayları, eləcə də kənd təsərrüfatı sahəsində konsultasiya xidmətləri və s. nümayiş olunur.
Azərbaycanın stendi yerli əhali və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.
Sərgi dekabrın 7-dək davam edəcəkdir.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib