Həndbol həvəskarları həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatının növbəti oyunlarını izləyiblər.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, üçüncü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 top fərqi il önə keçən “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə sonuncunun xeyrinə başa çatıb.
“U-16” – “İdman Akademiyası” kollektivlərinin görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran “tələbələr”dən ibarət komanda qalan vaxtda üstünlüyü daha da artırıb – 47:21.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar