Dekabrın 11-də Sərhədçi İdman Mərkəzində, “Gəncə BK” və “Zirvə Astara BK” komandalarının arasında keçirilən oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turuna yekun vurulub.
"İki sahil" xəbər verir ki, iki region komandasının üz-üzə gəldiyi qarşılaşmada “Gəncə BK” 98-85 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.
Ən məhsuldar basketbolçular: “Gəncə BK” (Ceylon Perri - 29 xal, 5 ribaund), “Zirvə Astara BK” (Ruşard Kruikşenk - 25 xal, 9 ribaund).
Qeyd edək ki, 10-cu turun oyunları dekabrın 14, 17 və 18-də keçiriləcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar