Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
“İki sahil” xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulandı. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olundu. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirildi.
Görüşdə əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur - Prezidentin köməkçisi
Hikmət Hacıyev: 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib