Berlində hoteldə nəhəng akvarium partlayıb.
"İki sahil" Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlinin mərkəzində yerləşən "Raddison Blu" hotelində 16 metrlik nəhəng akvarium partlayıb.
Berlinin yanğınsöndürmə xidməti bildirib ki, hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb edilib, hadisənin səbəbi hələ də bəlli deyil.
Hadisə nəticəsində insanların xəsarət alıb-almaması barədə məlumat yoxdur.
Qeyd edək ki, "Sea Life" akvariumunda 1500 tropik balığın olduğu bildirilir və turistlər üçün Berlində məşhur attraksionlardan sayılır. Bu obyekt dünyanın ən böyük silindrik akvariumudur.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb