"Bloomberg Billionaires Index" reytinqinin 11 sentyabr tarixinə olan göstəricilərinə əsasən, dünyanın ən varlı on şəxsinin siyahısında yalnız texnologiya sahəsi ilə əlaqəli amerikalılar qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Siyahıdakı 10 nəfərdən 9-u birbaşa "texnologiya" kateqoriyasına aiddir. Yalnız bir nəfər – "Berkshire Hathaway" investisiya fondunun qurucusu Uorren Baffet "çoxsahəli biznes" kateqoriyasına daxil edilsə də, onun sərvətinin əhəmiyyətli hissəsi yüksək texnologiya şirkətlərinə edilən yatırımlarla bağlıdır.
LVMH lüks brendlər holdinqinin rəhbəri, fransız milyarder Bernar Arnotun sərvəti 1,7 milyard dollar azalaraq 143 milyard dollara düşüb və nəticədə o, 11-ci pilləyə geriləyərək ilk onluğu tərk edib. İlin əvvəlindən bəri onun sərvəti təqribən 65 milyard dollar azalıb.
İlon Mask böyük fərqlə birinci yerdə qərarlaşır. Onun sərvəti 919 milyard dollar qiymətləndirilir (ilin əvvəlindən bəri 299 milyard dollar artıb). Google-un həmtəsisçisi Larri Peyc 286 milyard dollar sərvətlə ikinci yerdədir (ilin əvvəlindən 17 milyard dollar artıb). Amazon-un qurucusu Ceff Bezos 274 milyard dollar sərvətə malikdir (ilin əvvəlindən 20,4 milyard dollar artıb).
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb