Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən QHT nümayəndələri və ekofəallarının Şuşa-Xankəndi yolunda etiraz aksiyası Hindistan mediasında da ictimailəşdirilib.
İkisahil.az xəbər verir ki, yazının müəllifi Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyevdir.
Hindistanın Muslimmirror.com saytında dərc olunan yazıda qeyd olunub ki, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki təbii sərvətlərimizin talanması, ekologiyamıza vurulan ziyan beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır ki, işğalçı Ermənistan bu cinayəti davam etdirir.
Azərbaycan tərəfinin birgə monitorinq aparılmasına imkan və şəraitin yaradılmaması isə bəşəri cinayətin üstünün ört-basdır edilməsi deməkdir.
Yazıda aksiya ilə bağlı ermənilərin yalanlarının ifşası ortaya qoyulub və iştirakçıların yeni tələblərinin nələrdən ibarət olunduğu qeyd olunub.
Yazının tam mətni aşağıdakı linkdə:
Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur - Prezidentin köməkçisi
Hikmət Hacıyev: 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib
Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik - Hikmət Hacıyev