Prezident İlham Əliyevin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində çıxışı zamanı söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, “apsny.ge” “interpressnews.ge” xəbər portalları, “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin çıxışından materiallar yayımlayıb.
Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin yaşıl enerji ilə bağlı imzalanan sazişin əhəmiyyəti, bu sənədin dövlətlər arasında birliyin, strateji tərəfdaşlığın, ticarət əlaqələrinin möhkəmlənməsi istiqamətindəki rolu barədə fikirləri yer alıb.
Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur - Prezidentin köməkçisi
Hikmət Hacıyev: 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib
Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik - Hikmət Hacıyev