Post-müharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərimizin qeyri-qanuni istismarına etiraz edən soydaşlarımız Haaqada etiraz aksiya və yürüş keçiriblər.
“İki sahil” xəbər verir ki, Niderland-Azərbaycan təşkilatının təşəbbüsünə qoşulan azərbaycanlılar ermənilər tərəfindən ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarının daha da gücləndiyi, həmin ərazidə monitorinq keçirmək cəhdlərimizə imkan verilmədiyi barədə məlumatları Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar.
Ekoloji terrorizmə qarşı şüarlar səsləndirn, çağırışlar edən aksiya iştirakçıları Qarabağa toplaşan azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, onları dəstəklədiklərini bildiriblər.
Soydaşlarımız ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizmin bütün regionu təhdid etdiyini vurğulayıb, siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə adekvat reaksiya göstərməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırıblar.
Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur - Prezidentin köməkçisi
Hikmət Hacıyev: 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib
Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik - Hikmət Hacıyev
Prezidentin köməkçisi: Diplomatik korpusumuzdan tezliklə Naxçıvana səfər barədə elanla bağlı sorğu almışıq