08 may 2018 23:53
932

Qolunu timsah qopardı, toya gecikmədi

Zimbabvenin Zambezi çayında nişanlısı ilə qayıqda gəzən Zanele Ndlovunun qolunu timsah qoparıb.

Toya bir neçə gün qalsa da, qadın nikahdan vaz keçməyib.

Nişanlısı Ceymi deyib: “Çox qan itirirdi. Onu xilas edə bildim. Amma elə bilirdim ki, öləcək”.

Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olsa da, qolunu amputasiya ediblər.

Bununla belə, Zanele nikah gününü təxirə salmayıb. Qorxulu yaralarına baxmayaraq, gəlinlik paltarını geyinib və toyda iştirak edib.

Qeyd edək ki, ötən il də Zimbabvedə timsahların hücumu 21 nəfərin ölümünə səbəb olmuşdu.