KÖŞƏ

Vəli İlyasov

"Qara məni basınca, qoy qaranı mən basım"

30 dekabr 2022 02:37
1209

Son vaxtlar Ermənistanda Rusiya əleyhinə çağırışlar sıxlaşır. Görünən odur ki, bu narazılıq notları "yuxarıdan" gəlir, yəni, Ermənistan rəhbərliyində olan rəsmi şəxslər ölkənin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətinin günahını Rusiyada görürlər. Hətta iş o yerə çatıb ki, üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməməsinin səbəbini də ittiham etdikləri müttəfiqlərində axtarırlar. Yəni, bir meyxanada deyildiyi kimi, "qara məni basınca, qoy qaranı mən basım." Absurd olsa da belədir.

"Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir."

Bu fikri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə İctimai Televiziyanın efirindən deyib. Hər şeydən əvvəl Qriqoryanın bu bir cümləsində erməni xisləti, eqoizmi və murdarlığı özünü büruzə verir. Necə olur ki, Azərbaycan öz ərazisindən ermənilərə ikitərəfli yol verir, ancaq Ermənistan Naxçıvana gedən köhnə yolu kəsərək açmaq istəmir. Xatırladaq ki, Zəngəzur yolunun açılmasında Çindən tutmuş bir neçə ölkənin də marağı var. Yəni, yenə erməni həyasızlığı. Görün, "yazıq" ermənilər nə qədər "cızıq"larından çıxıblarsa forpostu olduğu Rusiyanı bu şəkildə ittiham etməyə özlərində cürət tapıblar. Qriqoryanın sözlərinə görə, 13 sentyabr hadisələri, eləcə də Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verib. Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur: “Bu, Ermənistan ərazisindən keçən dəhliz məntiqli yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstidir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, 13 sentyabr hadisəsinin eskalasiyası da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”, - Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını da təsdiqləyib: “Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Konstitusiyaya görə Ermənistan suveren dövlətdir və belə də qalacaq. Suverenliyin qorunması hazırkı Ermənistan hökumətinin missiyasıdır. İttifaq dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt buna müqavimət göstərsə, ona hərbi güc formasında başqa cür təzyiqlər edilir”.

Bəli, iki yüz il Rusiyanın "kölgəsi" altında mövcud olan, onun hərbi, siyasi, iqtisadi yardımları ilə yaşayan Ermənistanda "şef" ölkə ilə bağlılıq böyükdür. Təbii ki, belə də olmalı idi. İndiki "qürurlu" ermənilərin ata-babaları rus çarlarının ayaqlarına yıxılıb dövlət qurmaq üçün kömək istəyəndə öz iplərini öz əlləri ilə onların əllərinə veriblər. O vaxtdan bu vaxta qədər ermənilər "ağasız" yaşamayıblar. Rusiya silahlı qüvvələri hazırda Ermənistanın Türkiyə və İranla olan sərhədlərində qərar tutub. Gümrüdə yerləşən 102-ci hərbi baza illərdir ki, Ermənistana xidmət edir. Bunların hamısının üstündən qırmızı xətt çəkən ermənilər başlarını-başlara qoşub müstəqil olmaq istəyirlər. 102-ci hərbi baza ətrafında artıq aksiyalar, şantajlar, təhdidlər, digər araqarışdırıcı hərəkətlər törədilməkdədir. Onlar Rusiyanı ərazilərindən tamamilə çıxarmaq və Qərbə sığınmaq niyyətində olduqlarını açıq şəkildə bildirməyə başlayıblar. Belə nankorluq isə Rusiyada "top-tüfənglə" qarşılanır. Televiziya kanallarında çıxış edən bir çoxları Ermənistanın cəzalandırılmasını tələb edirlər. Hələlik hövsələsini cilovlayan Rusiya rəhbərliyi nəhayət, bir gün bunlara dözməyəcək və şəkkak erməniləri lazımınca cəzalandıracaq. Buna heç bir şübhə ola bilməz. Çünki artıq Rusiyanın bəzi yüksək vəzifəli şəxsləri işarələr verməyə başlayıblar. Bu barədə çıxış edənlər açıqca bildirirlər ki, onillərdir Rusiyanın büdcəsindən yeyib harınlayan ermənilər indi bizə qarşı düşmənlərimizlə birləşirlər.

Heç kim şübhə etməsin ki, yiyəsini yıxmış ata bənzəyən nadürüst ermənilərin növbəti namərdliyi onlara baha başa gələcək.