Minilliklərlə yaşanan böyük bir tarix zaman - zaman sübut etmişdir ki, insan şəxsiyyəti üçün ən böyük sərvət onun azadlığıdır. Məhz buna görədə tarixin müxtəlif mərhələlərində, müxtəlif xalqların tarixi özünəməxsus olan azdlıq mübarizələri yadda qalmışdır.
XX əsrin 50 - ci illərindən SSRİ və Kommunist partiyasının diktatura siyasətinə qarşı güclü azadlıq mübarizəsi başlandı. 1956 - cı ildə İmre Nadın rəhbərliyi ilə Macarıstanda başlanan azdlıq mübarizəsi, 1968 - ci ildə Aleksandr Dubçekin rəhbərliyi ilə Çexoslavakiyada “ Praqa baharı ” adlı hadisələrlə dahada genişləndi.
Bu mübarizənin ən yüksək zirvəsi 1990 - cı il yanvarın 19 - dan 20 - nə keçən gecə Bakı şəhərində yaşanan hadisələr olmuşdur. Həmin gecə keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkovun birbaşa rəhbərliyi ilə “ Bakı əməliyyatı ” həyata keçirilmişdir. Bu əməliyyatda əsas məqsədi: Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq idi. Nəticədə Bakı qarnizonun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barikadaları dağıdaraq kütləvi qətliam törətməyə başladı. Həmin gecə şəhərin küçələri güllələnmiş və yaralanmış insanların - qocaların, qadınların və uşaqların qanına qərq oldu. SSRİ DTK - nin xüsusi qvardiyaları təsadüfü küçələrə çıxanları, yaşayış evlərini, təcilli yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. İnsanları ağır hərbi texnikanın zəcirləri altına salır, əzabla öldürürdülər. Məhz həmin gecə 82 nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər ömürlük şikəst qaldı. Fövqəladə vəziyyət elan olunmadığı rayonlarda - yanvarın 25 - də Neftçalada və yanvarın 26 - da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.
Nəticədə Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın digər rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həps olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcilli yardım maşınları yandırıcı güllərin törətdiyi yanğın nəticəsində məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcilli yardım işçiləri və polislərdə vardı.
Belə ağır günlərdə bu hadisələrə ilk qiyməti Umummilli lider Heydər Əliyev vermişdir. O, bütün çətinliklərə baxmayaraq 1990 - cı il yanvarın 21 - də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin bu cinayətini qətiyyətlə ittiham edən bəyanatla çıxış etmişdir.
Yanvar qırğınları xalqımızın tarixinə acılı və iztirablarla dolu xatirələrlə yazılsada, milli - mənliyinə, milli azadlıq ruhuna qarşı yönəlmiş təcavüz olaraq daxil olsada, amma bu xalqın nə iradəsini, nə də milli ruhunu qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazdılar.
1990 - cı il, 20 Yanvar qırğınları tarixə bir daha sübut etdi ki, bir xalqı əzmək olar, bir xalqı kütləvi şəkildə qətlə yetirmək olar, amma həmin xalqın nə azadlıq ruhunu, nə də azdlıq eşqini məhv etmək etmək olmaz.
Yaqut Kərimli,
Bakı şəhəri, 55 saylı tam orta məktəbin direktoru