22 noyabr 2024 15:00
354

“Azərbaycan mətbəxinin şirin inciləri” - Yaşıl Zonada SƏRGİ

“Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir və Azərbaycanın qeyri-maddi mədəni iris kimi qorunur. Bu gözəl incilərin içərisinə şirniyyatlarımız da daxildir. 5 mindən çox mətbəx nümunələrimiz var, bunlardan 400-ə qədər bizim şirniyyatlarımızıdr. Şirniyyatlarımızın hər biri qədim tarixə, qədim ənənlələrə məxsusdur”.

Bu fikirləri “İki sahil”ə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən təşkil olunan “Azərbaycan mətbəxinin şirin inciləri” adlı sərgisi barədə məlumat verərkən bildirib.

T.Əmiraslanov qeyd edib ki, məqsədimiz Azərbaycan mətbəxinin şirniyyatlarını dünya ictimaiyyətinə çatdıraq. “Dadlı təamları Yaşıl Zona ziyarətçilərinə daddıracayıq”.

Orxan Vahidoğlu, “İki sahil”