KÖŞƏ

Vəli İlyasov

İlan və çəyənin “qardaşlığı”

19 yanvar 2023 01:37
1868

Özgələrin tarixindən, mədəniyyətindən, ədəbiyyatından, hətta mətbəxindən oğurluq edənlər utanmazcasına onların qiymətli kəlamlarını da özününküləşdirməkdən əsla çəkinmirlər. Çünki özlərinə məxsus qiymətli heç nələri yoxdur və yerli-dibli olmayıb.

Gülünc və riyakar səslənən "İki millət, iki dövlət" ermənilərlə farsların qardaşlığına işarə etsə də bu "doğmalıq" saxtadır. Çünki əqidələri kirli-pasaqlı bu yaramazların başlarından böyük iddiaları var. Yüz illər əvvəl İranda məskunlaşmış ermənilər kafir adlandırılıblar və orada necə deyərlər, "it günündə" yaşayıblar. Əgər belə doğma olsaydılar, onda İran 1828-1840-cı illərdə niyə öz ərazisindəki erməniləri Azərbaycana yesir kökündə qovurdu? Lakin bunlar uzaq keçmişdə qalıb, el dilində desək, "yağış yağıb, çatlaqlar örtülüb". İndi çətinə düşmüş sürtük sifətlilər "qardaş" olduqlarını bildirməli olublar. Çünki ermənilərlə farsları eyni xislət birləşdirir-özgənin torpağını işğal edib özününküləşdirmək. Bu "qardaşlıq" özünü İkinci Qarabağ müharibəsində açıq göstərdi. İranın molla rejimi o vaxtadək əsl sifətini gizlətməyə çalışsa da, Ermənistanın məğlubiyyətindən sonra üzündəki "hiylə niqabı" düşdü və Azərbaycana qıcadığı dişləri göründü. İndi canbir qəlb olan "qardaşlar" Azərbaycana və Türkiyəyə, eləcə də digər müsəlman dövlətlərinə qarşı birləşərək hərzə-hədyan söyləyir, şantaj edir, böhtan atır, beynəlxalq aləmdə onları gözdən salmağa çalışırlar.

Güney Azərbaycanda yaşayan ermənilərin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan bu günlərdə İran hökumətinə minnətdarlıq edib.  o, İran dövlətinin bu ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən ağız dolusu dəm vuraraq, ermənilərə aid klisə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib. Çiftçiyan İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını bütün ermənilərin böyük arzusu olduğunu bildirib. İrandakı ayətullah "qardaşlarından" bir o qədər də fərqlənməyən keşiş Qriqor bununla ermənilərin onlara sədaqətlərini izhar edib.

Xatırladaq ki, Çiftçiyan bir neçə gün öncə də Fransanın "Charlie Hebdo" nəşrinin Xameneyinin İranda etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etməsindən narahatlığını ifadə edib. Yanıb-yaxılan keşiş "Bu addım ermənilərin də ürəyini yaralayıb" deyib. Qeyd edək ki, karikaturalar erməni keşiş Çiftçiyanın bir müddət öncə Ərdəbilin əyalət mollası və anti-Azərbaycan mövqeyi ilə tanınan ayətullah Həsən Amili ilə görüşünə aiddir. Diqqət verdinizmi, harada ki, anti-Azərbaycan ünsürlər var, ermənilər iyləyib-çüyləyib onları tapır, öz zəhərlərini bir-birinin qanına yeridirlər. Axı, ilan da, çəyən də ətrafındakı canlıları sancan sürünən zərərli həşəratlardır.

Bu, bir faktdır ki, özlərini dünya dövlətlərindən ayrı salmış hər iki ölkənin dostları yoxdur. Çünki istər Ermənistan, istərsə də İran öz xəbis niyyətləri və işğalçı siyasətləri ilə, hər yerdə terrorla sıx bağlı olduqlarına görə etibar qazana bilmirlər. Dünyada aqressiv və son dərəcə radikal dini məsləki olan İranın düşmənləri təkcə xristian ölkələri deyil, həm də bir çox müsəlman dövlətləridir. Çünki İran xristian dövlətləri ilə bərabər, müsəlman dövlətləri ilə də düşmənçilik aparır. Suriyada, İraqda qırdığı müsəlmanlara, dünyada terrorizmə dəstək verdiyinə görə İslam ölkələri İrana nifrətlərini açıq bildirirlər. Bütün bunlara görə indi Ermənistan kimi çətinliklə ayaq üstə duran bir cırtdan ölkənin olmayan mənəvi dəstəyinə, keşiş qriqorların, qareginlərin, vartazarların, karapetlərin təmənnalı təsəllisinə möhtac qalıb. İstər ermənilər, istərsə də farslar xalqların onlara nifrətinin səbəbini onlarda deyil, özlərində axtarmalıdırlar.