Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, ondan 2 kiloqramdan çox heroin aşkar edilərək götürülüb. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Seyfəddin Abbasov müəyyən edilərək şöbəyə gətirilib. Onun üzərində və daha sonra evində aparılan baxış zamanı çəkisi 2 kiloqram 400 qrama yaxın güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
YAP Kürdəmir rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib