Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
“İki sahil” xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil ərazidən maneəsiz keçib. BQXK-yə məxsus avtomobillərin içində erməni əsilli şəxslər olub.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 38 gündür davam edir.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
YAP Kürdəmir rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib