İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində “20 Yanvar - Xalqımızın hüzn, həm də şərəf günüdür” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Yanvar faciəsi barədə danışıb, 20 Yanvarın həm də xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Sonra “20 Yanvar - qanlı tariximiz” qısa filmi nümayiş etdirilib və tələbələrin ifasında şeirlər səsləndirilib.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir
YAP Kürdəmir rayon təşkilatı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib