“Azərbaycanın əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri olan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Ölkələrimiz arasında mövcud olan münasibətlər strateji əhəmiyyətə malikdir. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirərək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verdi”
Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan
Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur. 1994-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirlikləri Ankaradakı Səfirini Azərbaycana akkreditə etmişdir. 2003-cü ilin 8 iyul tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında onların müvafiq əraziləri arasında və bu ərazilərin hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında" Saziş imzalanmışdır. Saziş; Bununla əlaqədar Bakı şəhəri, 5 dekabr 2003-cü il tarixli, № 533-IIQ nömrəli Qanun ilə Saziş təsdiq edilmişdir. 2011- ci ilin noyabr ayı bu səmərəli əməkdaşlığı daha da irəli aparmaq üçün yeni bir başlanğıc oldu. Bu, həmin o tarixdir ki, Bakıda konsulluq xidmətləri, siyasi və iqtisadi məsələlərlə yanaşı, təhsil və mədəniyyət məsələləri ilə də məşğul olacaq Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açılmışdır. Bu möhtəşəm hadisədən dərhal sonra 2012-ci il fevralın 14-də Birləşmiş Ərəb Əmirliklərinin Xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyan Azərbaycana işgüzar səfər etmişdir. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiya naziri Sultan bin Əhməd əl-Cabir tədbirdə çıxış edərək ölkəsinin dayanıqlılıq sahəsində siyasətindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.Sonra dövlətimizin başçısı açılış mərasimində çıxış edib. Bir il ərzində səfirliyin iki ölkəni biri-birinə daha yaxın etmək səyləri öz bəhrəsini vermişdir. Belə ki, Dubay Ticarət və Sənaye Palatası məhz Azərbaycanın paytaxtında özünün xaricdəki ilk ofisini açmışdır. İndi Bakı Dubay Palatası üçün regionun digər ölkələrinə açılan qapıdır. Eyni zamanda Dubay Palatası özlüyündə azərbaycanlı iş adamları və şirkətləri üçün Birləşmiş Ərəb Əmirliklərindəki iqtisadi imkanlara çıxış əldə etməyi asanlaşdırır.
Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də son
dərəcə əhəmiyyətli idi. Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə reallaşan görüşdə ölkəmizin başçısı Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi xoş münasibətə görə təşəkkür edərək, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaza aid müzakirələrdə bu dövlətin respublikamıza göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və qardaşlıq nümunəsi adlandırdı.
Ölkəmizin iqtisadi inkişafın əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır: “Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu enerji strategiyası nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Artıq ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir. Bu sahədə Azərbaycanda nəhəng potensial mövcuddur. Belə ki, ölkəmiz quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarına sahibdir”.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malik olduğunu və bunun ölkəmizin ixracını şaxələndirməyə şərait yaradacağını qeyd edib: “Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini reallaşdırmış ölkədir. Ölkəmiz bu meqa layihəni cəmi iki il əvvəl öz tərəfdaşları ilə başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş, uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemini qurub. Məhz belə bir layihənin reallaşması nəticəsində ölkəmizin təbii qaz ixracı artmaqdadır. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Prezident cənab İlham Əliyev bu haqda danışarkən diqqətə çatdırdı ki, əgər Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım gələcəkdə də davam edəcək. Ölkə başçısı onu da bildirdi ki, Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevirmək planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Ruminiya tərəfindən Avropa Komissiyası Prezidentinin şahidliyi ilə Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanmışdır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq”.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu və ölkəmizin neft-qaz sektoruna böyük sərmayələr cəlb etdiyini vurğulayıb: “Ölkə başçısı artıq Azərbaycan dövlətinin hədəfində bərpaolunan enerji sahəsinin inkişaf etdirmək olduğunu qeyd edərək “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanmasından bəhs etdi. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arsında bu razılaşma qısamüddətli bir layihədir. Lakin ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Prezident cənab İlham Əliyev bildirdi ki, “Masdar” şirkəti ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq”.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək”. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.
Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan, ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır.
Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü