Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
“İki sahil” xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, onlardan 40 min şəxs münasib işlərlə təmin edilib, 16,1 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Agentlik tərəfindən ötən il həmçinin 4,6 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.
Qeyd olunan dövrdə 70 minə yaxın şəxsə peşəyönümü xidmətlər göstərilib. Həmçinin əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 2,1 min şəxsə iş yerlərinə göndəriş verilib.
“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub
FHN kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyinə dair tədbir keçirib
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib