23 yanvar 2023 18:00
1511

Milli Məclisin deputatı “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür edib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu 59-cu məhəllə adlanan əraziyə qaz xəttinin çəkilməsi münasibətilə SOCAR-ın “Azəriqaz” İB-nin sədri Ruslan Əliyevə və rəhbərlik etdiyi kollektivə təşəkkürünü bildirib.

“İki sahil” xəbər verir ki, bir müddət bundan öncə 59-cu məhəllə adlanan ərazidə seçiciləri ilə görüşü zamanı sakinlər ərazidə qaz xəttinin olmaması ilə bağlı millət vəkilinə müraciət ediblər.

Məsələnin həlli ilə əlaqədar Anar Məmmədov SOCAR-ın “Azəriqaz” İB-yə sorğu göndərib.