24 yanvar 2023 19:39
377

“Sumqayıt” qanalı hücumçu ilə müqavilə imzalayıb

Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

“İki sahil” kluba istinadla xəbər verir ki, “Sumqayıt” son olaraq İsrailin “Bney Yehuda” komandasında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.

İyirmi səkkiz yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin “Medeama", İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.