05 iyul 2025 18:48
120

"İnter" Ter Ştegeni pulsuz ala bilər

"İnter" yaxın günlərdə "Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegenin transferi ilə bağlı rəsmi təklif göndərə bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.

Milan təmsilçisi 36 yaşlı Yan Zommerin komandadan ayrılmasına hazırlaşır. "Barselona" da futbolçunun ayrılmasını istəyir və maaş xərclərinə qənaət etmək məqsədilə onun klubu azad agent kimi tərk etməsi variantını nəzərdən keçirir.

Qeyd olunur ki, daha əvvəl Ter Ştegenə "Qalatasaray" və "Monako" da maraq göstərmişdi. Lakin futbolçu "Barselona"dan ayrılmaq istəmirdi. Bununla belə, "İnter"in təklifi qapıçının fikrini dəyişə bilər. Çünki o, yüksək səviyyədə çıxış etməyə davam etmək imkanı əldə edəcək.

Gözlənilir ki, gələn həftə "Barselona"nın mövsümöncəsi hazırlıqları başlayanda Ter Ştegen klub rəhbərliyi ilə gələcəyi barədə müzakirə aparacaq. Futbolçunun klubdan sızan və onun imicinə zərər vuran məlumatlara görə kluba qarşı narazı olduğu bildirilir.