24 yanvar 2023 23:32
474

Albaniya millisinin futbolçusu “Qarabağ”da VİDEO

“Qarabağ” Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

Son olaraq ölkəsinin “Tirana” komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.