25 yanvar 2023 00:48
226

Yayda "Bavariya"dan ayrılacaq

"Bavariya"nın futbolçusu Marsel Sabitzer bu ilin yayında klubu tərk edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kicker" nəşri məlumat yayıb. Onun yerini "Leyptsiq"in müdafiəçisi Konrad Laymer tutacaq. Laymerin Münhen təmsilçisi ilə iyulda müqaviləsi qüvvəyə minəcək.

Qeyd edək ki, M.Sabitzer 2021-ci ilin yayında "Bavariya"ya keçib. O, bu mövsüm 23 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.