09 may 2025 12:31
94

Qadın voleybolçularımız hazırlığı ölkə xaricində davam etdirəcəklər

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komanda bu gün Sloveniyaya yola düşüb.

Yığma burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra voleybolçular Yunanıstana yollanacaqlar. Bu ölkədəki hazırlıq prosesi isə mayın 24-dək davam edəcək. Toplanışlarda millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın son heyəti təlim-məşq toplanışlarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, yığma ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.