27 yanvar 2023 15:52
332

"Traktor" Azərbaycan səfirliyinə qarşı Tehrandakı terroru pislədi

Təbrizin “Tarktor” klubu Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı rəsmi Tvitter səhifəsində paylaşım edib.

“İki sahil” xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisinin paylaşımında terror hadisəsi pislənilib: “Qardaş ağrısını sadəcə, qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!”

Qeyd ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.