28 yanvar 2023 16:55
310

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 1 min 917 test nəticəsində məlum olub ki, 33 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 1 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 21 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.