28 yanvar 2023 16:59
284

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 353 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 122, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34, “buster” doza ilə peyvənd olunanların sayı 173, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 nəfərdir.