Azərbaycan Basketbol Liqasında (ABL) XV tur yekunlaşıb.
“İki sahil” xəbər verir ki, turun bağlanış oyunu bu gün Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan BK” və “Neftçi İK” arasında keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən, əlavə vaxta gedən oyunun sonunda “AAAF Xırdalan BK” rəqibi üzərində 104-102 hesablı qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan BK”dan Devin Pullum (35 xal, 5 asist ), “Neftçi İK”dan isə Davit Lomidze (24 xal, 4 ribaund) olub.
Qeyd edək ki, “Gəncə BK” – “Olimpik Şəki BK” komandaları arasındakı oyun texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir