03 fevral 2023 11:44
535

Gürcüstanın Xalq artisti vəfat edib

Gürcüstanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, tanınmış aktyor Cemal Qaqanidze 89 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı onun çalışdığı Rustaveli Teatrı yayıb.

Aktyorun vəfatı ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili onun yaxınlarına və həmkarlarına başsağlığı verib.

1956-cı ildən Rustaveli teatrında çalışmış Cemal Qaqanizde müxtəlif teatr tamaşaları ilə yanaşı 20 dən çox filmdə rol alıb.