PSJ-nin futbolçusu Marko Veratti biri sınaq müddətli olmaqla 3 oyun cəzalandırılıb.
"İki sahil" "L'Equipe"ə istinadən xəbər verir ki, o, Liqa-1-in "Reyms"lə oyununda kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığından bu cəzaya məruz qalıb.
Artıq bir oyunu buraxan italyalı yarımmüdafiəçi sabah "Tuluza" ilə keçiriləcək matçda da komandasına kömək edə bilməyəcək.