03 fevral 2023 13:33
300

FAO Türkmənistanda meşə fondunun artırılmasını dəstəkləyir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Türkmənistanda abadlıq işlərinə və Milli Meşə Proqramının icrasına dəstək göstərir.

"İki sahil" bu barədə Türkmənistan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, FAO və Qlobal Ekoloji Fond (QEF) layihəsi çərçivəsində 2023-cü ilin yanvarında Beherden və Daşoğuzdakı meşə təsərrüfatı müəssisələrinin istehsalat meydançalarında, həmçinin S.A.Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı İnstitutunun təlim təsərrüfatı ərazisində iki şitillik (hər biri 1 ha olmaqla) və bir nümayiş meydançası (təqribən 3 ha ərazidə) yaradılıb.