Türkiyənin "Fənərbağça" klubu yeni transferi Emre Demiri icarəyə verib.
“İki sahil”in məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi karyerasını "Samsunspor"da davam etdirəcək.
Qeyd edək ki, Emre Demir yanvarın 31-də "Fənərbağça" ilə 4,5 illik müqavilə imzalayıb. O, İstanbul təmsilçisindən əvvəl İspaniyanın "Barselona" klubunun əvəzedici komandasında çıxış edib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib