03 fevral 2023 16:21
293

Benzema yenə zədələndi

"Real"ın hücumçusu Kərim Benzema La Liqanın "Valensiya" ilə 17-ci turdan təxirə salınmış matçında (2:0) zədələnib.

"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, o, matçın ikinci hissəsində qapıya zərbə endirəndən sonra ayağında ağrı hiss edib və 60-cı dəqiqədə əvəzlənib.

"Real"ın vurduğu hər iki qolun ötürməsini edən hücumçu meydandan axsayaraq çıxıb. Onun zədəsinin nə dərəcədə ciddi olduğu barədə rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Benzema zədə səbəbindən dünya çempionatını buraxmışdı.