13 may 2025 08:42
81

Rafinya "Barselona"da qalacaq

Braziliya millisinin hücumçusu Rafinya tezliklə "Barselona" ilə müqaviləsini uzadacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Hazırda tərəflər müqavilənin təfərrüatlarını, o cümlədən təzminatın məbləğini müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu məsələlər dialoqa mənfi təsir göstərməyəcək.

Rafinyanın "Barselona" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Müqavilə uzadıldıqdan sonra braziliyalı hücumçu Kataloniya komandasının ən çox maaş alan futbolçularından birinə çevriləcək. O, 2022-ci ildən "Barselona"nın şərəfini qoruyur.