04 fevral 2023 10:15
255

Beynəlxalq səyahətçilər qrupu Azıx mağarasında

İşğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq səyahətçilər Xocavənddə dünyanın qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına gəliblər.

“İki sahil” xəbər verir ki, onlara Azıx mağarasının tarixi və coğrafi mövqeyi barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir. Xarici səyahətçilər qrupu üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcək.