Moldovanın kütləvi informasiya vasitələri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarını diqqət mərkəzində saxlayıb.
“İki sahil” xəbər verir ki, “Noi”, “Point” və digər xəbər portallarında dərc edilən məqalələrdə bu layihələrin əhəmiyyəti, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunub. Bildirilib ki, Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjisinin nəqli üçün dənizin dibi ilə çəkiləcək kabel və Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.
Vurğulanıb ki, bu layihənin həyata keçirilməsi sayəsində Moldova və Ukrayna Rumıniya vasitəsilə Azərbaycandan elektrik enerjisi ala biləcəklər.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib