Metronun “Elmlər Akademiyası” stansiyasının işıqlandırma sistemi yenilənib.
Qurumdan "İki sahil"ə verilən məlumata görə, işlər sərnişindaşıma prosesinə maneə törətmədən gecə növbəsində aparılıb. Köhnəlmiş, həmçinin enerji sərfiyyatı çox olan 72 Vt-lıq 67 lampa çıxarılaraq dairəvi formalı plafonlardan ibarət 33 led lampa ilə əvəz edilib.
Plafonların dairəvi formada olması 360 dərəcə boyunca işıqlandırmanı yüksək səviyyədə təşkil etməyə imkan verir.